Bakıda maşın piyadanı vurub

Dünən paytaxtın Sabunçu rayonunda ağır yol qəzası baş verib.
Zeferinfo.az xəbər verir ki, 2005-ci il təvəllüdlü Tofiq Zeynalov “Ford Tranzit” markalı avtomobillə Maştağa qəsəbəsi ərazisində, Maştağa-Buzovna yolunda 1991-ci il təvəllüdlü Əsgərova Elnurə Həbulla qızını vurub.
Yolu keçməyə çalışan piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanaraq istintaq aparılır.