Bakıda klinika direktoru olan əri tərəfindən güllələnən qadının vəziyyəti açıqlanıb

Bakida klinika direktoru olan eri terefinden gullelenen qadinin veziyyeti aciqlanib

Bakıda klinika direktoru olan əri tərəfindən güllələnən qadının vəziyyəti açıqlanıb.

Zeferinfo.az xəbər verir ki, TƏBİB-dən apa-nın sorğusuna cavab olaraq verilən məlumata əsasən, iyulun 16-da saat 13:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu ərazisindən təcili çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib. 1987-ci il təvəllüdlü şəxsə (qadın cinsli) ilkin tibbi xidmət göstərilib və qarının ön divarının deşilmiş yarası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.

Pasiyent əməliyyat edilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir.