Bakıda itkin kimi axtarılan yeniyetmə tapılıb

Bakida itkin kimi axtarilan yeniyetme tapilib

Bakıda itkin kimi axtarılan yeniyetmə tapılıb.

DİN-in Mətbuat Xidmətindən Zeferinfo.az-ın sorğusuna cavab olaraq bildirilib ki, paytaxtın Yasamal rayonunda 16 yaşlı yeniyetmənin ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etməsi və geri dönməməsi barədə polisə məlumat daxil olub. Həmin şəxs polis əməkdaşları tərəfindən axtarışa elan edilib, tədbirlərlə yeri müəyyən olunaraq tapılıb və ailəsinə təhvil verilib.