Bakıda iş yoldaşını stəkanla vurub öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakida is yoldasini stekanla vurub oldurmekde teqsirlendirilen sexse hokm oxunub
Bakıda iş yoldaşının başından stəkanla vurub öldürməkdə təqsirləndirilən Möhsün Abdullayevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Zeferinfo.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Möhsün Abdullayev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı çıxışı zamanı təqsirləndirilənin 12 il 6 ay azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Qeyd edək ki, ittihama görə, M.Abdullayev mübahisə zəminində masanın üzərində olan stəkanla Bahadur Tağıyevin başına 4 dəfə zərbə endirib. Sonra yumruqla ona zərbələr vurub. Bahadur Tağıyev aldığı xəsarətlərdən dünyasını dəyişib.

55 yaşlı M.Abdullayev 1997-ci ildə 8 il məhkum olunub.

Möhsün Abdullayevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.