Bakıda ilk dəfə: Beynəlxalq Qida və Aqrar Biznes Forum-Sərgi keçirildi - FOTO
Bakıda “Biznes Mərkəzi Klubu”nun təşkilatçılığı ilk dəfə “Beynəlxalq Qida və Aqrar Biznes Forum-Sərgi” baş tutub.
Zeferinfo.az xəbər verir ki, 500 nəfərdən çox iştirakçının yer aldığı tədbirdə yerli şirkətlərin rəhbər və nümayəndələri ilə yanaşı, Türkiyə, Özbəkistan, Tacikistan, İsrail və digər ölkələrdən olan şirkətlərin təmsilçiləri də yer alıb. Mərasimdə “Biznes Mərkəzi Klubu”nun sədri Rüfət Nadirli çıxış edərək, forum-sərginin əhəmiyyətinə toxunub, bu layihənin davamlılığına diqqət çəkərək növbəti illərdə də keçirilməsinin planlaşdırıldığını bildirib.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov dövlət tərəfindən aqrar sahəyə olan diqqət və qayğıdan, bu sahədə fəaliyyət göstərən sahibkarlara yaradılan imkanlardan söz açıb. Millət vəkilləri Ceyhun Məmmədov, Vüqar İskəndərov, Müşfiq Cəfərov, Xəzər Media Mərkəzinin Reklam Departamentinin Rəhbəri Gökhan Özkundakçı, “Destec Group” Müşahidə Şurasının sədri Sakit Səmədov, Türk Dünyası Tarım Birliyinin Başkanı Doğan Başaran və “TABA AmCham”ın Yüksek İstişare Kurulu Üyesi Beşir Kamal Ustaoğlu qida və aqrar sahədə belə bir layihənin ərsəyə gəlməsini müsbət dəyərləndiriblər, yerli və xarici şirkətlər arasında əməkdaşlığın daha da dərinləşməsinə imkanların yaranacağını qeyd ediblər.
Tədbir zamanı stendlərə baxış keçirilib, şirkətlər arasında əməkdaşlıq üzrə B2B görüşlər reallaşıb. Sonra forum panel müzakirələri ilə davam edib. Panellərdə “Kənd Təsərrüfatı və Qida səhaləri üzrə inkişaf mərhələləri,innovativ texnoloji həllər və ərzaq təhlükəsizliyi”, “Aqrar və qida sektorları üzrə istehsal, PR və Marketinq, idxal-ixrac imkanları və təcrübə mübadiləsi” kimi mövzular yer alıb. Bildirək ki, “Ert Agro”, "Nafta Sanatoriya"sı, “Abşeron Logistika Mərkəzi”, “OBA” Marketlər Şəbəkəsi, “Onur Plast, “Mamajan”, “Hazel”, “Eco Az Energy”, “Qanun Mühasibatlıq Xidmətləri”, “Logix”, Crea Time”, “Foto Xalça” və digərləri sponsorlar qismində iştirak edib.


.jpg)

.jpg)
