Bakıda evdən 12 min manatdan çox pul oğurlandı
Paytaxtın Xətai rayonunda evlərin birində talama cinayəti baş verib.
Bu barədə Zeferinfo.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, zərərçəkən polisə müraciət edərək müxtəlif vaxtlarda yaşadığı evdən naməlum şəraitdə 12401 manatının oğurlanmasını bildirib.
Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 31 yaşlı V.Məmmədov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.