Bakıda elektromobillərdən oğurluq edən şəxs saxlanılıb

Bakida elektromobillerden ogurluq eden sexs saxlanilib

Bakıda 11 elektromobildən oğurluq edən şəxsi polis saxlanılıb.

Bu barədə Zeferinfo.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, Xəzər rayonu Şüvəlan qəsəbəsi ərazisində “Volkswagen” markalı elektromobildən 1500 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub. Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 36 yaşlı Mahir Məmmədov saxlanılıb.

Araşdırmalarla saxlanılan şəxsin paytaxtın digər ərazilərində də əsasən elektromobillərdən oğurluq etdiyi müəyyən olunub. Onun bu yolla 11 nəqliyyat vasitəsini taladığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.