Bakıda çövkən üzrə XI Prezident Kubokuna start verilib

Bakida covken uzre XI Prezident Kubokuna start verilib
Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) tərəfindən ənənəvi olaraq təşkil edilən çövkən üzrə XI Prezident Kuboku start götürüb.

ARAF-dan  Zeferinfo.az-a verilən məlumata görə, turnirdə iştirak edən 8 komanda iki qrupda mübarizə aparır.

Binə Atçılıq Mərkəzinin qapalı meydanında keçirilən yarışın qrup mərhələsinin oyunları bu gün, həmçinin 18 və 20 dekabrda baş tutacaq.

Prezident Kubokunun yarımfinalı dekabrın 23-də, üçüncülük uğrunda və final görüşü isə ayın 24-də gerçəkləşəcək.