Bakıda bir avtobus və 4 maşının iştirakı ilə qəza - VİDEO

Bakida bir avtobus ve 4 masinin istiraki ile qeza - VIDEO

"Ötən gün saat 12:56 radələrində "BakuBus" MMC-nin istismarında olan 88 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib".

Zeferinfo.az xəbər verir ki, bu barədə "Unikal"ın sorğusuna cavab olaraq "BakuBus" MMC-dən məlumat verilib.

İlkin məlumata əsasən, avtobusu idarə edən sürücü hərəkət zamanı ehtiyatsızlıq səbəbindən idarəetməni qismən itirib və nəticədə yol kənarında park edilmiş digər nəqliyyat vasitəsinə çırpılıb.

"Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən xəsarət alan olmayıb. Sərnişinlərin marşrut üzrə hərəkətinin fasiləsiz təmin edilməsi məqsədilə operativ şəkildə digər avtobusa yönləndirilib. Hadisə ilə bağlı dərhal aidiyyəti dövlət qurumlarına məlumat verilib. Avtobusu idarə edən sürücü barəsində daxili intizam qaydalarına uyğun tədbir görülüb və əlavə təlimə cəlb edilib", - deyə məlumatda bildirilib.