Bakıda beşmərtəbəli yaşayış binasında yanğın oldu

Bakida besmertebeli yasayis binasinda yangin oldu

Bakının Binəqədi rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Zeferinfo.az-a verilən xəbərə görə, Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin mətbəxində 3 paq.m mətbəx mebeli və 1 ədəd paltaryuyan maşın yanıb.

Yüksək temperaturdan lambirdən ibarət tavanı 5 m² sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Back To Top