Bakıda "Azərbaycan Karyera İnkişaf Forumu 2024" keçirilir

Bakida "Azerbaycan Karyera Inkisaf Forumu 2024" kecirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə "Azərbaycan Karyera İnkişaf Forumu 2024" keçirilir.

Zeferinfo.az xəbər verir ki, tədbirdə karyera inkişafı üzrə ölkədə və dünyada olan uğurlu nəticələr, qlobal trendlər və müasir yanaşmalar, təhsildə effektiv öyrənmə və öyrətmə mexanizmlərinin qurulması üçün əsas meyarlar, əmək bazarında tələb olunan və önəmli hesab edilən bacarıqların əhəmiyyəti və inkişafı yolları müzakirə olunur.

Forumda Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev, Gənclər və idman naziri Fərid Qayıbov, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə və digər qonaqlar iştirak edir.

Qeyd edək ki, ölkəmizdə karyera inkişafının müzakirəsi sahəsində ən qabaqcıl təcrübələrdən sayılan Azərbaycan Karyera İnkişaf Forumunda birgə müzakirələr, sual-cavab sessiyaları və qruplar formatında görüşlər təşkil ediləcək.