Bakıda amputant futbolu üzrə açılış mərasimi keçirilib

Azərbaycanın ev sahibliyi etdiyi amputant futbolu üzrə Millətlər Liqasının C qrupunun açılış mərasimi keçirilib.
Zeferinfo.az xəbər verir ki, Bayıl Arenada təşkil olunan tədbir yarışda iştirak edəcək komandalar - Azərbaycan, Ukrayna, Niderland, Belçika və İsrail yığmalarının, eləcə də turnirin hakimlərinin paradı ilə başlayıb.
Daha sonra Dövlət Himni səsləndirilib.
Mərasimdə çıxış edən Azərbaycan Minatəmizləmə Agentliyinin idarə heyətinin sədri Vüqar Süleymanov yarış iştirakçılarına uğurlar arzulayıb.
Tədbir bədii hissə ilə davam edib.