Bakıda 40 minlik oğurluq - Dəstə yaxalandı
![Bakida 40 minlik ogurluq - Deste yaxalandi](https://zeferinfo.az/uploads/2025/02/2-853.jpg)
Xəzər rayonu və paytaxtın digər ərazilərində 9 avtomobilin şüşəsinin sındırılaraq oğurluqların edilməsi barədə polisə məlumat daxil olub.
Zeferinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Xəzər RPİ əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı Mərdəkan, Şüvəlan və digər qəsəbələrdə müxtəlif ünvanlarda yerləşən 7 evdən oğurluq edən Kamal Mustafayev, Rüfət Kərimov, Rəfail Quliyev və dəstənin üzvü olan bir qadın saxlanılıb.
Qeyd edək ki, dəstə üzvləri zərərçəkən ev sahiblərinə ümumilikdə 40 min manat maddi ziyan vurublar.
Araşdırmalar aparılır.