Bakıda 20-ci Yubiley Beynəlxalq “Caspian Investment Forum” keçirildi

Bakida 20-ci Yubiley Beynelxalq “Caspian Investment Forum” kecirildi
Bakıda 2025-ci ilin 26 noyabr tarixində 20-ci Yubiley Beynəlxalq “Caspian Investment Forum” keçirilib.

Zeferinfo.az xəbər verir ki, “İnvestisiya dalğalarında yenilik rüzgarı” şüarı altında baş tutan tədbir “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının (MİLLİ.BİZ) təşkilatçılığı, Bakı Fond Birjasının rəsmi tərəfdaşlığı ilə ərsəyə gəlib. 20-ci Yubiley Beynəlxalq “Caspian Investment Forum” beşinci “Caspian Investment Week” çərçivəsində keçirilib.

Regionun və beynəlxalq iqtisadiyyatın aparıcı simalarını bir araya gətirərək, sərmayə mühitinin hazırkı mənzərəsini və gələcək inkişaf trayektoriyalarını əhatə edən forum çərçivəsində genişmiqyaslı fikir mübadiləsi aparılıb. İştirakçılar bazar trendləri, kapital axınları və innovativ maliyyə alətləri barədə real təcrübələrini bölüşərək, qarşılıqlı əməkdaşlığın gələcək istiqamətlərini müzakirə ediblər.

Tədbirdə Azərbaycanla yanaşı, Çexiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan, Türkiyə, Macarıstan və ABŞ-dən olan sahibkarlar və sərmayədarlar da iştirak edərək çoxşaxəli biznes dialoqu yaradıb. Forumun açılış nitqini təqdim edən “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev həm klubun fəaliyyəti, həm də forumun strateji əhəmiyyəti haqqında iştirakçılara geniş məlumat verib.

Açılış mərasimindən sonra Mərkəzi Bankın nümayəndəsi tərəfindən əsas məruzə təqdim olunub, regional kapital bazarlarının inteqrasiyası, maliyyə sabitliyi və dayanıqlı inkişaf istiqamətləri ətrafında dair müzakirələr aparılıb.

“İqtisadiyyatın əsasını insanların bir araya gələrək formalaşdırdığı güvən, əməkdaşlıq və ortaq ideyalar təşkil edir. Hər uğurlu investisiya hekayəsinin kökündə də məhz səmimi ünsiyyət və uzaqgörən əməkdaşlıq dayanır. Biz ümid edirik ki, 20-ci Beynəlxalq “Caspian Investment Forum” bu ruhu daha da gücləndirəcək, yeni tərəfdaşlıqların yaranmasına, innovativ layihələrin formalaşmasına və regional iqtisadi münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına təkan verəcək”, - Günel Quliyeva bildirib.

Back To Top