Bakıda 100-dən çox təhsil müəssisəsində təmir işləri aparılıb
2025-ci təqvim ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan 105 təhsil müəssisəsində cari təmir və mühəndis kommunikasiya işləri həyata keçirilib.
Bu barədə Zeferinfo.az-a Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, 4 ümumi təhsil müəssisəsində (59, 151, 313 və 324 nömrəli məktəblər) yenidənqurma və təmir-bərpa işləri tamamlanaraq şagirdlərin istifadəsinə verilib.
Hazırda 3 məktəbin (57, 68, 141 nömrəli) sökülərək yenidən tikintisi, həmçinin 2 təhsil müəssisəsində — 328 nömrəli uşaq bağçası və Eşitmə qabiliyyəti pozulmuş uşaqlar üçün Respublika ixtisaslaşdırılmış körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri davam edir.
Bundan əlavə, 5 məktəbəqədər təhsil müəssisəsi (99, 116, 257, 286 və A. Məmmədov adına) əsaslı təmirdən sonra fəaliyyətə başlayıb. 101 nömrəli uşaq bağçasında isə təmir-bərpa işləri yekunlaşıb.