Bakı-Sumqayıt-Bakı ekspres qatarları Bakıxanov və Sabunçuda da dayanacaqlar

Baki-Sumqayit-Baki ekspres qatarlari Bakixanov ve Sabuncuda da dayanacaqlar

Bu gündən etibarən Sumqayıt–Bakı xətti üzrə hərəkət edən ekspres qatarların dayanacaq siyahısına Bakıxanov dayanacağı da əlavə edilib.

Bu barədə Zeferinfo.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Qeyd edilib ki, bu xətt üzrə saat 07:30 və 08:00 reyslərinin Bakıxanovda dayanması sərnişinlərə əlavə imkanlar yaradır.

Eyni zamanda, axşam saat 18:05-də Bakıdan Pirşağı xətti ilə Sumqayıta hərəkət edən ekspres qatarı Sabunçu stansiyasında da dayanacaq.