Bakı Su İdman Sarayında "Biz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik" adlı məktəbin növbəti dərsi keçirilmişdir

Bakı Su İdman Sarayında "Biz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik" adlı məktəbin növbəti dərsi keçirilmişdir.
Yeni Azərbyacan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev açılış nitqində Ümummilli Lider Heydər Əliyevin gənclərlə bağlı gördüyü işləri və bu sahədəki irsini müntəzəm olaraq vurğulayır. Heydər Əliyev gənclərə böyük diqqət yetirərək, onların inkişafı və ölkə həyatında fəal iştirakını dəstəkləmişdir.
Ulu Öndər, gənclərin ölkənin gələcəyi üçün böyük əhəmiyyət kəsb etdiyini hər zaman qeyd etmiş və onların təhsili, təcrübə qazanmaları, vətənpərvərlik ruhunda böyümələri üçün geniş imkanlar yaratmışdır. Heydər Əliyevin dövründə gənclər üçün müxtəlif dövlət proqramları həyata keçirilmiş, onların beynəlxalq təcrübə qazanması və yüksək səviyyədə təhsil almaları üçün şərait yaradılmışdır.
Onun rəhbərliyi ilə ölkədə gənclər üçün bir çox mədəni və sosial layihələr təşkil edilmiş, gənclərin müxtəlif sahələrdə inkişaf etməsi üçün təşviq edilmişdir. Bu siyasət, gənclərin öz potensiallarını tam şəkildə reallaşdırmalarına şərait yaratmış və ölkə inkişafında gənclərin müstəsna rolunu təmin etmişdir.
Məruzəçi Professor Yusif Babanlının çıxışında qeyd etdiki Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə gənclərin idmanla məşğul olmaları, sağlam həyat tərzi sürmələri və idman sahəsində inkişaf etməkləri üçün geniş imkanlar yaratmış, idmançılara daim xüsusi diqqət ayırmış, gəncləri idmana cəlb etməklə onların fiziki və mənəvi inkişafını təmin etməyə çalışmışdır. Onun dövründə müxtəlif idman infrastrukturunun inkişafı, yeni idman komplekslərinin tikilməsi və mövcud idman obyektlərinin təmiri həyata keçirilmişdir. Eyni zamanda, beynəlxalq idman yarışlarında Azərbaycanın təmsil olunması və mükafatlar qazanılması üçün şərait yaradılmışdır. Bu da gənclərin idmanla daha sıx məşğul olmasına, dünya səviyyəsində uğurlar əldə etmələrinə stimul olmuşdur.
Müdavimlər çıxış etdikdən sonra verdikləri suallar cavablandırıldı.
Tədbirin sonunda müdavimlər Bakı Su İdman Sarayını ekskursiya etdilər.