Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Baki-Naxcivan-Baki avtobus reyslerinin fealiyyeti berpa olunur

İran İslam Respublikasının ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini bərpa edir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Zeferinfo.az-a  verilən məlumata görə, iyulun 19-dan Bakı-Naxçıvan, iyulun 20-dən isə Naxçıvan-Bakı reysləri sərnişinlərə əvvəlki qrafikə uyğun olaraq xidmət göstərəcək.

Qeyd edək ki, Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar təhlükəsizlik məqsədilə iyunun 13-dən sözügedən reyslər fəaliyyətini dayandırmışdır.