Bakı metrosunun daha bir yerüstü stansiyası istifadəyə veriləcək

Zeferinfo.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, yeni stansiya metronun "Dərnəgül" elektrik deposunun ərazisində inşa ediləcək və "Yaşıl xətt"ə aid olacaq: "Stansiya xüsusi qrafiklə işləyəcək. Onun şərti adı "Dərnəgül deposu"dur və 2027-ci ilin sonuna qədər istifadəyə veriləcək".