Bakı metrosundan istifadə edənlərin sayı 2 faizə yaxın azalıb

Baki metrosundan istifade edenlerin sayi 2 faize yaxin azalib

Zeferinfo.az  bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, ötən ilin yanvar-noyabr aylarında Bakı metropolitenindən 208 762,8 min sərnişin istifadə edib.

Xatırladaq ki, Bakıda metropolitendə xətlərin uzunluğu 40,7 kilometrə, sayı 3-ə, stansiyalarının sayı isə 27-ə bərabərdir. Hazırda Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir.