Bakı metrosunda qatar nasazlıq ehtimalı ilə texniki baxışa göndərilib

Baki metrosunda qatar nasazliq ehtimali ile texniki baxisa gonderilib
Bakı metrosunda "Dərnəgül-Bakmil" istiqamətində hərəkət edən qatarın vaqonlarından birinin qapısının bağlanmasında nasazlıq ehtimalı olduğuna görə sərnişinlər düşürülüb.

Zeferinfo.az bu barədə “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir.

Məlumata görə, qrafikə uyğun olaraq "Bakmil" stansiyasından "Nərimanov" elektrik deposuna hərəkət etməli olan qatara texniki baxışın depo şəraitində keçirilməsi qərarı verilib.