Bakı metrosunda ötən il 374 nəfərə inzibati protokol tərtib olunub

Baki metrosunda oten il 374 nefere inzibati protokol tertib olunub
2024-cü ildə Bakı metrosunda 374 nəfərə İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati protokol tərtib olunub.

Zeferinfo.az bu barədə "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir.

Məlumata görə, ötən il 33 sərnişin əşyasını götürmək üçün stansiya yoluna düşüb, 2 nəfər ehtiyatsızlıq səbəbindən yıxılaraq təhlükəli vəziyyət yaradıb.

Qatar stansiyaya daxil olarkən 3 nəfər stansiya yoluna düşüb: 2 nəfər həyatını itirib, 1 nəfər ağır xəsarət alıb.

19 nəfər stansiya yoluna məhz əşya atdığı üçün cərimələnib.

İnzibati Xətalar Məcəlləsinə əsasən, dəmir yoluna hər hansı əşya atmağa görə 200 manat, özbaşına dəmir yoluna düşməyə görə isə 50 manat cərimə tətbiq olunur.