Bakı Metropolitenindən qərar: Bu şəxs 25 yaşına qədər metrodan ödənişsiz istifadə edəcək

Baki Metropoliteninden qerar: Bu sexs 25 yasina qeder metrodan odenissiz istifade edecek
 
Bu gün Bakı Metropolitenində doğulan körpə 25 yaşına qədər metrodan pulsuz istifadə edəcək. Ulusal.az xəbər verir ki, bu barədə Bakı Metropoliteninin Hərəkət xidmətinin rəisi Anar Zamanov bildirib. Xidmət rəisi açıqlamasında bildirib:

“Yeni doğulmuş körpə Bakı metrosunun bir növ “xüsusi sərnişini” olacaq. Simvolik olaraq ona 25 yaşına qədər metrodan ödənişsiz istifadə hüququ təqdim olunacaq. Bundan başqa, ailəyə kiçik hədiyyələr də təqdim ediləcək”.