Bakı Metropoliteni: Xətlərin ayrılması layihəsinə bu il başlanılacaq

Baki Metropoliteni: Xetlerin ayrilmasi layihesine bu il baslanilacaq

Prezidentin təsdiq etdiyi Dövlət proqramına uyğun olaraq, 2030-cu ilə qədər həm 10 metro stansiyası tikilməli, həm Yaşıl və Qırmızı xətlər ayrılmalı, həm də vaqon parkı yenilənməlidir.

Zeferinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun Kommunikasiya departamentinin rəisi Şaban İmkani deyib.

"Bu gün hər bir istiqamətdə günün tələbinə uyğun işlər aparılırir", - deyə Ş.İmkani bildirib.
O qeyd edib ki, metro inşaatında ən birinci iş layihələndirmədir:

"Bu, bəlkə də gələcək bütün işlərin gedişini, axarını, istiqamətini müəyyən edən məsələdir. Hazırda tikinti ilə bağlı bu istiqamətdə şaxəli işlər aparılır. Elə bu il bir sıra istiqamətlərdə konkret addımlar da atılacaq. Bunun ən vacib tərkib hissəsi xətlərin ayrılması layihəsidir. Bilirsiniz ki, bu, çox mürəkkəb məsələdir. Lakin əsas vəzifələrdən biri kimi, şəhərimizin, xüsusən onun mərkəz hissəsinin əsas nəqliyyat, mobillik planlarına əsaslı şəkildə dönüş gətirəcək layihədir və bu istiqamətdə görülən işlərin hər biri ilə bağlı tədbirlər sürətlə davam etdirilir. Layihənin icrasına da bu il başlanılacaq".