“Bakı Metropoliteni”ndə yeni təyinat

“Baki Metropoliteni”nde yeni teyinat

“Bakı Metropoliteni” QSC-nin Kommunikasiya departamentinin rəhbəri vəzifəsinə yeni təyinat olub.

Zeferinfo.az xəbər verir ki, bu vəzifə Şaban İmkanıya həvalə edilib.

O, bundan əvvəl Caspian Tech QSC-də Baş İcraçı Direktorun müşaviri, ADY-nin Çağrı Nərkəzinin rəhbəri, “Nar”da Brend və Reklam işi üzrə baş mütəxəssis vəzifələrində çalışıb.

Şaban İmkani 1985-ci ildə anadan olub. 2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsində təhsil alıb.

2008-2020-ci illərdə Azərfon şirkətində müştərilərlə əlaqələr və marketinq üzrə müxtəlif rəhbər vəzifələrdə, 2020-2024-cü illərdə “Azərbaycan Dəmir Yolları” QSC-də müştəri xidmətləri şöbəsinin rəisi vəzifəsində çalışıb.

2022-2023- cü illərdə Sənaye və İnnovasiyalar üzrə Peşə Təhsil mərkəzində Əlaqə mərkəzi mövzusunda pedaqoji fəaliyyətlə məşğul olub.

2025-ci ilin 3 fevral tarixindən “Bakı Metropoliteni” QSC-nin Kommunikasiya departamentinin rəisi vəzifəsinə təyin edilib.

Həmkarımız Şaban İmkaniyə yeni vəzifəsində uğurlar arzu edirik!