Bakı Baş Gömrük İdarəsində İctimai Şura üzvləri ilə görüş keçirilib - FOTOLAR

Baki Bas Gomruk Idaresinde Ictimai Sura uzvleri ile gorus kecirilib - FOTOLAR

Mayın 16-da Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın üzvləri ilə Bakı Baş Gömrük İdarəsində görüş keçirilib.

Zeferinfo.az xəbər verir ki, Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov İctimai Şura üzvlərinə Dövlət Gömrük Komitəsi tərəfindən gömrük rəsmiləşdirilməsinin asan və sürətli şəkildə həyata keçirilməsi, prosedurların rasionallığının təmin edilməsi, xarici ticarət iştirakçılarının məmnunluq səviyyəsinin artırılması, xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə tətbiq edilən layihələr və yeniliklər barədə xüsusi təqdimat əsasında məlumat verib.

Bildirilib ki, gömrük sistemində aparılan təkmilləşdirilmələr nəticəsində sahibkarların məmnunluq səviyyəsi, elektron xidmətlərin sayı artırılıb, rəsmiləşdirilmə prosesinə sərf edilən vaxt və vəsait azalıb.

Görüş çərçivəsində İctimai Şura üzvləri rəsmiləşdirilmə prosesini və Xidmət növləri üzrə inteqrə edilmiş xüsusi mərkəzdə fəaliyyətin təşkilini əyani şəkildə izləyiblər. Habelə İctimai Şura üzvlərinin təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.