Bağlandığı deyilən AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? — ARAŞDIRMA

Baglandigi deyilen AYNA rehberine aid sirket basqa adla fealiyyet gosterir? — ARASDIRMA
 
AYNA-dan informasiya sorğumuza cavab olaraq sözügedən şirkətin 4 ildir fəaliyyət göstərmədiyi vurğulanıb.
Həmin yazı ilə buradan tanış ola bilərsiniz.... 
Demokrat.az saytı məsələni araşdırmaq üçün İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin elektron hesabında "Van Der Val Internəşnl Transport, Baki" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində araşdırma aparıb. 
Məlum olub ki, şirkət aktiv vergilər ödəyicisi siyahısına daxildir. 
Nizamnamə kapitalı 750 min dollar olan şirkətin hazırda qanuni təmsilçisi Anar Rzayevin yaxın adamı sayılan Həsənov Emin Cəlil oğludur. 


MMC-nin qanuni təmsilçisi dəyişsə də, əvvəlki kimi şirkətin hüquqi ünvanı Bakı Şəhəri Binəqədi Rayonu, Sumqayit Şossesi, Ev 4 ünvanı göstərilir. 
Ehtimal edilir ki, şirkətə məxsus 100-ə yaxın yük avtomobilləri başqa bir adla fəaliyyətini davam etdirir. 
Yaxın günlərdə bu istimqamətdə geniş araşdırmamız oxuculara təqdim olunacaq.




Vaqif Hüseynli:Demokrat.az