"Babək 94" MTK sakinlər köçmədən söküntü işləri aparır - FOTO+VİDEO

"Babek 94" MTK sakinler kocmeden sokuntu isleri aparir - FOTO+VIDEO
 

Bu barədə həmin ərazidə yaşayan sakin Medialive.az-ın qaynar xəttinə müraciət ünvanlayıb.

İzləyici bildirib ki, sözügedən MTK hazırda söküntü həyata keçirir.

Onun iddiasına görə, MTK ərazini sürətlə dağıdaraq orada yaşayan sakinlərin evlərini dəyər-dəyməzinə onlara satmağa məcbur edir.

Şikayətçi eyni zamanda ərazidən foto və video göndərərək mövcud vəziyyəti təqdim edib.

Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, sözügedən MTK-nın mövqeyini öyrənmək istəsək də, heç bir əlaqə vasitəsi tapa bilmədik.