"Azparkinq" MMC-nin bələdçisi Kənan İlyasov şirkətdə baş verən özbaşınalıqlardan danışıb.
Sitat.info xəbər verir ki, K.İlyasov şirkət tərəfindən təzyiqlərə məruz qalmasına baxmayaraq, çalışdığı qurumu ifşa edib.
Bildirib ki, məsul şəxslər əraziyə gizli daxil olub, avtomobillərin vaxtlarını bağlayırlar:
"Başda Zalış Zeynalov və İkin adlı şəxs gizli şəkildə parklama məntəqlərinə daxil olaraq, həmin avtomobillərin vaxtını dayandırırlar. Biz monitorinq zamanı avtomatik olaraq sistemdə bu avtomobilləri görmürük. Nəticədə sürücülərə cərimə yazırıq və onlarla aramızda gərginlik yaranır. Onlar haqsız yerə cərimə ödəməli olurlar".
Kənan İlyasov bildirib ki, şirkət tərəfindən ona hədə-qorxu gəlirlər.
Qeyd edək ki, Kənan İlyasov İkinci Qarabağ müharibəsi iştirakçısıdır.
Məsələ ilə bağlı adı çəkilən qurumun da mövqeyini dərc etməyə hazırıq.
Həmin videonu təqdim edirik:
Sitat.info