“Azərkontrakt" Açıq Səhmdar Cəmiyyəti ləğv edilir
Dövlət Kontrakt Korporasiysı "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyəti (ASC) ləğv olunduğunu elan edib.
Zeferinfo.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetindən məlumat əldə edib.
Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli 62 küçəsi, ev Marine Plaza Biznes Mərkəzi 14-cü mərtəbə ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Azərkontrakt" Açıq Səhmdar Cəmiyyəti 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 13 538 682 manat olan ASC-nin qanuni təmsilçisi Qənbərov Miri Əhəd oğludur.
Eyni zamanda “Azərkontrakt" Açıq Səhmdar Cəmiyyətinin "Avtomobil-Nəqliyyatı" Təsərrüfatı da ləğv olunduğunu elan edib.
Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ-1026 Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti küçəsi, ev 108, 2-ci mərtəbə ünvanına bildirə bilərlər.
Qeyd edək ki, 2007-ci ildə dövlət qeydiyyatına alınan "Avtomobil-Nəqliyyatı" Təsərrüfatının qanuni təmsilçisi Orucov Allahverdi Məhərrəm oğludur.