“Azəristiliktəchizat” ASC-yə yeni sədr təyin edilib

Prezident İlham Əliyev “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə sədr təyin edilməsi barədə Sərəncam imzalayıb.
Zeferinfo.az-ın məlumatına görə, bu vəzifəyə İlham Ata oğlu Mirzəliyev təyin edilib.
İ.Mirzəliyev 1960-cı ildə anadan olub.
2005-ci ildən "Azəristiliktəchizat" ASC-nin sədr müavini vəzifəsini tutub.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il fevralın 7-dən sərəncamına əsasən "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvvəqəti icra edib.