Onun sözlərinə görə, buna qədər ərazinin mərhələli şəkildə mina və partlamamış hərbi sursatlardan təmizlənməsi davam etdiyi üçün geoloji tədqiqatlar prosesi ləng getsə də, hazırda yatağın ölkəmizin ərazisindəki hissəsində geoloji qiymətləndirmə işləri yüksək templə həyata keçirilir. Artıq yataq sahəsinin müasir metodlarla topoqrafik planalması icra edilib. Bundan əlavə, yataq filizlərinin yerüstü geokimyəvi sınaqlaşdırılması da aparılıb. Əlavə olaraq, ehtiyatların qiymətləndirilməsi üçün buruq quyuları layihələndirilib və hazırda qazma işləri davam etdirilir.
Növbəti mərhələlərdə mühəndis-geoloji, metallurji-texnoloji, hidrogeoloji tədqiqatlar, qalıq ehtiyatların hesablanması və texniki-iqtisadi əsaslandırma işlərinin aparılması planlaşdırılır. Nəticələr əldə olunduqca bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.