Azərbaycanlı hakimlər Almaniyada təlim səfərində olub

Azerbaycanli hakimler Almaniyada telim seferinde olub

Məhkəmə-Hüquq Şurasının və Ədliyyə Nazirliyinin təşəbbüsü və dəstəyi ilə bir sıra apellyasiya və birinci instansiya məhkəmələrinin hakimləri hüquqi alman dili biliklərinin təkmilləşdirilməsi, müvafiq praktiki biliklər və beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə 16-21 noyabr 2025-ci il tarixlərdə Almaniyanın Halle şəhərində təlim səfərində olublar.

Şuradan Zeferinfo.az-a verilən xəbərə görə, təlim hakimlər üçün hazırlanmış xüsusi proqram əsasında ixtisaslaşmış müəllim, ekspert Michael Wilding tərəfindən aparılmışdır.

Bununla yanaşı hakimlər Martin Luter adına Halle-Wittenberg Universitetində olmuş, həmin Universitetin professoru Azər Əliyev tərəfindən onlara Universitetin tarixi, burada tədrisin təşkili və tədris prosesi ilə bağlı ətraflı məlumatlar verilmişdir.

Səfər çərçivəsində hakimlər Naumburg Ali Torpaq Məhkəməsini (Naumburg Oberlandsgericht) və Leipzig Federal İnzibati Məhkəməsini (Leipzig Bundesverwaltungsgerich) ziyarət etmiş, məhkəmə iclaslarında iştirak etmişlər.

 
Back To Top