Azərbaycanla Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Azerbaycanla Turkiye arasinda tehsil sahesinde emekdasliq muzakire olunub

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev aprelin 9-da Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün ilə görüşüb.

Bu barədə Zeferinfo.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş çərçivəsində Türkiyə ilə cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.