Zeferinfo.az xəbər verir ki, bu barədə səfir "X"də yazıb.
"Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov ilə məhsuldar görüş və səmərəli müzakirə apardıq. Azərbaycanın humanitar yardımının yeni partiyası - enerji avadanlığı artıq Ukraynaya çatdırıldığı üçün minnətdarıq. Strateji tərəfdaşlığımızı daha da gücləndirmək üçün birgə addımlar barədə razılığa gəldik",-diplomat əlavə edib.