Azərbaycanla Gürcüstanın hüquq-mühafizə orqanları arasında əməkdaşlıq müzakirə olundu

Azerbaycanla Gurcustanin huquq-muhafize orqanlari arasinda emekdasliq muzakire olundu

Gürcüstanın daxili işlər naziri Geka (Gela) Geladze Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyevlə görüş keçirib.

Zeferinfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Tərəflər iki ölkə arasındakı mövcud strateji tərəfdaşlığı müzakirə ediblər. Söhbət zamanı Cənubi Qafqaz bölgəsində cərəyan edən proseslər və təhlükəsizlik məsələlərinə də toxunulub, regionun dayanıqlı inkişafı üçün sülh və əməkdaşlığın vacibliyi vurğulanıb.

Görüşdə Gürcüstan və Azərbaycanın hüquq- mühafizə orqanları arasında sıx və səmərəli əməkdaşlıq da müzakirə olunub. DİN başçısı mövcud nümunəvi tərəfdaşlığın daha da dərinləşəcəyinə ümidvarlıq ifadə edərək bu prosesdə polis attaşelərinin xüsusi rolunu vurğulayıb.

Back To Top