Azərbaycanın səfiri Türkiyə XİN-in Suriya üzrə İdarə rəisi ilə görüşüb

Azerbaycanin sefiri Turkiye XIN-in Suriya uzre Idare reisi ile gorusub
Azərbaycan Respublikasının Türkiyədəki səfiri Rəşad Məmmədov Türkiyə Xarici İşlər Nazirliyinin Suriya üzrə İdarə rəisi Mustafa Yurdakulu ilə görüşüb.

Zeferinfo.az xəbər verir ki, bu barədə səfir “X” platformasındakı paylaşımında bildirib.

Səfir görüşün çox məhsuldar keçdiyini qeyd edib: "Biz Suriyaya humanitar yardımla bağlı Azərbaycan və Türkiyə arasında birgə fəaliyyət imkanlarını müzakirə etdik”.