Azərbaycanın səfiri Dövlət Bağçalı ilə görüşdü - FOTO

Azerbaycanin sefiri Dovlet Bagcali ile gorusdu - FOTO

Azərbaycan Respublikasının Türkiyədəki səfiri Rəşad Məmmədov Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə görüşüb.

Zeferinfo.az-ın xəbərinə görə, bu barədə səfir feysbuk hesabında paylaşım edib.

Görüş MHP-nin qərargahında baş tutub.

"Türk dünyasına, türklüyünə bağlı, türk idealına bağlı olan cənab başqanla söhbətimizdə Azərbaycan-Türkiyə münasibətlərinin yüksələn xətt üzrə getməsindən məmnunluğumuzu ifadə etdik. 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi ilə strateji müttəfiq olan qardaş ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə davam etdirilməsinin vacibliyini vurğuladıq", - səfir qeyd edib.