Azərbaycanın sağlamlıq turizmi imkanları Frankfurt Beynəlxalq Sağlamlıq Turizmi Sərgisində təqdim olunub

Azerbaycanin saglamliq turizmi imkanlari Frankfurt Beynelxalq Saglamliq Turizmi Sergisinde teqdim olunub

Azərbaycanın sağlamlıq turizmi imkanları Frankfurt Beynəlxalq Sağlamlıq Turizmi Sərgisində təqdim olunub.

Frankfurt, Almaniya — “ALZ İnternational” tərəfindən təşkil edilən Frankfurt Beynəlxalq Sağlamlıq Turizmi Sərgisi, Türkiyə Respublikası Ticarət Nazirliyinin “Dəstəklənən Beynəlxalq Tədbirlər” siyahısına daxildir. Tədbir həmçinin Türkiyə Palatalar və Birjalar Birliyi (TOBB) Beynəlxalq Sağlamlıq Turizmi Sektoru Məclisi, Xarici İqtisadi Əlaqələr Şurası (DEİK) Səhiyyə Şurası və İxracatçılar Birliyi (İB) kimi qurumlar tərəfindən dəstəklənir.

Sərgidə Azərbaycanın müalicəvi turizm mərkəzləri – Naxçıvandakı Duzdağ, Naftalan, Şabran, Lənkəran İstisu, eləcə də Qarabağ və Şərqi Zəngəzur bölgələrinin turizm potensialı geniş formatda təqdim olunub.

Frankfurt'ta Türkiye Cumhuriyeti Başkonsolosu olarak Nagihan İlknur Akdevelioğlu Azərbaycan Stendini ziyarət etdi.

Tədbirdə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası da milli stendlə təmsil olunur. Assosiasiya Azərbaycanın müalicəvi və termal turizm sahəsində potensialını beynəlxalq auditoriyaya tanıtmaqla yanaşı, xarici tərəfdaşlarla əməkdaşlıq imkanlarını da müzakirə edib.

Sərginin ikinci günündə B2B görüşlər keçirilib. Görüşlər çərçivəsində Azərbaycan nümayəndə heyəti müxtəlif ölkələrin sağlamlıq turizmi şirkətləri, klinikaları və turizm agentliklərinin nümayəndələri ilə əməkdaşlıq perspektivlərini və ortaq layihə imkanlarını müzakirə edib. Bu görüşlər nəticəsində bir sıra yeni tərəfdaşlıq təşəbbüslərinin əsasları qoyulub.

Sərgi çərçivəsində həmçinin DeatchMedic şirkəti ilə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası arasında tibbi turizm sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Memorandumun məqsədi tərəflər arasında əməkdaşlığın əsas istiqamətlərini və qarşılıqlı əlaqə mexanizmlərini müəyyənləşdirməkdir.
Sənədin əsas müddəalarına aşağıdakılar daxildir:

Almaniyanın tibbi və sağlamlıq turizmi sənayesini təmsil edən DeatchMedic ilə Azərbaycanın sağlamlıq turizmi sektorunun maraqlarını təmsil edən Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası arasında uzunmüddətli əməkdaşlığın qurulması;

Tibbi və sağlamlıq turizmi sahəsində qarşılıqlı təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsi;

Tərəflərin səlahiyyətlərinə daxil olan, qarşılıqlı maraq doğuran məsələlər üzrə birgə təşəbbüslərin həyata keçirilməsi;

Sağlamlıq turizmi sahəsində inkişaf layihələrinin icrasında effektiv əməkdaşlığın təmin olunması.

Tərəflər əməkdaşlığı bərabərlik, qarşılıqlı fayda, hörmət və etimad prinsipləri əsasında inkişaf etdirmək barədə razılığa gəliblər.

Memorandum çərçivəsində həmçinin Naftalan tibbi turizminin Almaniyada PR-ofisinin açılması və Azərbaycandan Almaniyaya pasiyentlərin yönləndirilməsi nəzərdə tutulur.