Azərbaycanın NATO-dakı Nümayəndəliyində xatirə kitabı açılıb

Azerbaycanin NATO-daki Numayendeliyinde xatire kitabi acilib

AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan şəxslərlə əlaqədar Azərbaycanın NATO-dakı Nümayəndəliyində xatirə kitabı açılıb.

Zeferinfo.az  xəbər verir ki, bu barədə Nümayəndəliyin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, Nümayəndəlikdə faciəvi qəzada həlak olan 38 nəfərin xatirəsinə 26-27 dekabr tarixlərində səhər saat 10:00-dan 15:00-a qədər xatirə kitabı açıq olacaq.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.