Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevlə vida mərasimi keçirilib
İsveçin Malmö şəhərində vəfat edən Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevlə vida mərasimi keçirilib.
Zeferinfo.az-ın məlumatına görə, tədbir Hərbi Memorial Məzarlıqda baş tutub.
Mərasimdə Şahin Tağıyevin yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər. O, bu gün Hərbi Memorial Məzarlıqda torpağa tapşırılacaq.
Xatırladaq ki, Ş.Tağıyev 1949-cu il fevralın 3-də Tərtər rayonunda anadan olub. O, dekabrın 29-da İsveçin Malmö şəhərində uzun sürən xəstəlikdən sonra vəfat edib. Vəfatından sonra onun cənazəsi Azərbaycana gətirilib.