Zeferinfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən Zaur Əsgərov 5 il 6 ay və Gündüz Mirzəyev 5 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, təqsirləndirilən şəxslər "Azərbaycan naminə birliyi" və "AXCP-in dostluq qrupu" adlı "vhatsap" qruplarında Azərbaycanın konstitusiya quruluşuna və dövlətə elehinə qarşı açıq çağırışlar edərək insanları cihada dəvət ediblər. Onlar hakimiyyət nümayəndələrinə qarşı təhqiramiz sözlər işlədiblər.