Azərbaycanın hərbi qulluqçusu “Afrika Aslanı-2024” təlimində iştirak edib

Azerbaycanin herbi qulluqcusu “Afrika Aslani-2024” teliminde istirak edib

Azərbaycanın hərbi qulluqçusu Mərakeşin Aqadir şəhərində keçirilən “Afrika Aslanı-2024” beynəlxalq hərbi təlimində iştirak edib.

Bu barədə Zeferinfo.az-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə Azərbaycan Ordusunun hərbi qulluqçusu da iştirak edib. Kompüter dəstəkli komanda-qərargah və döyüş atışlı mərhələlərdən ibarət olan təlimlərdə terror qrupları ilə mübarizə əməliyyatlarına dair müxtəlif tapşırıqlar icra edilib.

Qeyd edək ki, 20-ci dəfədir keçirilən təlimlərin başlıca məqsədi regional sülhü, eləcə də beynəlxalq təhlükəsizlik və sabitliyi dəstəkləməkdir.