Azərbaycanın dövlət borcu ötən il ÜDM-in 21,7 %-ni təşkil edib
![Azerbaycanin dovlet borcu oten il UDM-in 21,7 %-ni teskil edib](https://zeferinfo.az/uploads/2025/02/3-954.jpg)
Bu il yanvarın 1-nə Azərbaycanın dövlət borcu (daxili və xarici dövlət borcu) 27 milyard 380,2 milyon manat və ya 2024-cü il üzrə 126 milyard 337 milyon manat məbləğində olan Ümumi Daxili Məhsulun (ÜDM) 21,7 %-ni təşkil edib.
Zeferinfo.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, ümumi dövlət borcunun 8 milyard 720,5 milyon manatı (5 milyard 129,7 milyon ABŞ dolları) və ya 31,8 %-i xarici dövlət borcunun, 18 milyard 659,7 milyon manatı və ya 68,2 %-i daxili dövlət borcunun payına düşür.