Azərbaycanın Bəhreyndə səfirliyi açılacaq

Azerbaycanin Behreynde sefirliyi acilacaq

Azərbaycan Respublikasının Bəhreyn Krallığında səfirliyi təsis ediləcək.

Zeferinfo.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 10-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.

“Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama Şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanunu layihəsi komitədə müzakirə ediləcək.