Azərbaycanın Baş Qərargah rəisi Dohada beynəlxalq sərgi və konfransda iştirak edir

Azerbaycanin Bas Qerargah reisi Dohada beynelxalq sergi ve konfransda istirak edir

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qətər Silahlı Qüvvələri tərəfindən təşkil edilən 9-cu Doha Beynəlxalq Dəniz Müdafiə sərgisi və konfransında ("DIMDEX 2026") iştirak etmək məqsədilə bu ölkədə səfərdədir.

Zeferinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Dəniz təhlükəsizliyi və müdafiə sahəsində beynəlxalq təcrübə mübadiləsi üçün mühüm platforma hesab olunan "DIMDEX 2026" sərgisinin rəsmi açılış mərasimindən sonra general-polkovnik K.Vəliyev və digər ölkələrdən olan rəsmi nümayəndə heyətləri sərgi pavilyonlarında yerləşən stendlərə baxış keçiriblər", məlumatda deyilir.