Azərbaycanın amputant millisi Bakıda keçirilən Millətlər Liqasında ilk qələbəsini qazanıb

Azerbaycanin amputant millisi Bakida kecirilen Milletler Liqasinda ilk qelebesini qazanib

Bakıda amputant futbolu üzrə Millətlər Liqasının C qrupuna start verilib.

Zeferinfo.az xəbər verir, açılış oyununda Azərbaycan və Belçika komandaları üz-üzə gəliblər.

“ASCO Arenada” təşkil olunan matç Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb - 3:0. 

Komandamızın qollarına Fərhad Əyyubov (2 qol) və Sənan Hacıyev imza atıblar.

Bu gün, həmçinin İsrail Ukrayna, Niderland Belçika ilə qarşılaşacaq. Qarşılaşmalar müvafiq olaraq, saat 15:00 və 17:00-da başlayacaq.

Qeyd edək ki, bu turnirin Azərbaycanda keçirilməsi ölkəmizdə mina probleminin dünyaya çatdırılması, minadan zərərçəkənlərin beynəlxalq idman platformalarında bir araya gəlməsi baxımından əhəmiyyətlidir.