Azərbaycandan Ermənistana benzin tədarükünə dair razılaşmanın təfərrüatlarını açıqladı

Azerbaycandan Ermenistana benzin tedarukune dair razilasmanin teferruatlarini aciqladi

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycandan benzin idxalına dair razılaşmanın təfərrüatlarını açıqlayıb.

Zeferinfo.az  xəbər verir ki, bu barədə o, brifinqdə danışıb.

“Baş nazir müavinlərinin görüşü zamanı Azərbaycan baş nazirinin müavini (Şahin Mustafayev) Azərbaycanın neft məhsullarının satışına hazır olduğunu bildirdi. Ermənistan hökuməti də bazarı araşdıraraq, razılaşdı, bundan sonra iki tərəfin şirkətləri əlaqə saxladı”, - o deyib.

Baş nazirin sözlərinə görə, benzin alındıqdan sonra Ermənistanda boykot halları olub: “Bəzi şəbəkələr həmin benzini satmaqdan imtina etdi, bu isə o deməkdir ki, ilkin narahatlığımız və ehtiyatımız doğru idi. Amma indi hər kəs üçün aydın olacaq ki, bazar və imkan hamı üçün açıqdır, istəyən bundan faydalana bilər”.

Back To Top