Azərbaycanda yeni vergi strategiyası hazırlanıb

Dövlət Vergi Xidmətinin 2025-2028-ci illəri əhatə edən strategiyası hazırlanıb.
Zeferinfo.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bu gün keçirilən “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” adlı Forumda deyib.
"Dövlət Vergi Xidməti innovativ xidmətlərlə könüllü əməletməni sadə və əlçatan edən etibarlı tərəfdaş olmağı hədəfləyir" - deyə Orxan Nəzərli əlavə edib.