Azərbaycanda xüsusi məktəbdə ilk peşə təmayüllü sinif yaradıldı

Azerbaycanda xususi mektebde ilk pese temayullu sinif yaradildi

2025–2026-cı tədris ilindən etibarən yaradılan sinifin təşkili üçün xüsusi işçi qrupu formalaşdırılıb, peşə ixtisası müəyyən edilib və tədris proqramı hazırlanıb. Tədris prosesinin effektiv təşkili məqsədilə məktəbdə xüsusi emalatxana yaradılıb və zəruri maddi-texniki baza ilə təmin edilib.

Zeferinfo.az xəbər verir ki, bununla bağlı MÜTDA məlumat yayıb.

Bildirilir ki, peşə təmayüllü sinif sağlamlıq imkanları məhdud olan 8 şagirdin təhsil aldığı 10-cu sinif üzrə komplektləşdirilib. Sinifdə şagirdlərə tikişçi ixtisası üzrə bilik və bacarıqlar öyrədilir.

Peşə sinfinin fəaliyyəti ilə tanışlıq zamanı dərslər və praktiki məşğələlər müşahidə edilib, şagirdlərin bacarıqları nümayiş etdirilib, tədris planı və proqramların icra vəziyyətinə baxış keçirilib.

Tədbirdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu da iştirak edib. O bildirib ki, məktəbi bitirən şagirdlərin akademik göstəriciləri ilə yanaşı, özünəxidmət vərdişləri, məişət və ev təsərrüfatı sahəsində bəlli səriştələrinin formalaşması vacibdir.

Qeyd edək ki, pilot layihənin icrası xüsusi təhsilə ehtiyacı olan şagirdlərin bacarıqlarının inkişaf etdirilməsinə, onların əmək bazarına hazırlıq səviyyəsinin yüksəldilməsinə xidmət edir.